Müğənni Təranə Qumral Ali Məhkəməyə müraciət edib
    • 7-12-2018, 18:05
    • 1 919

Müğənni Təranə Qumral Ali Məhkəməyə müraciət edib

Müğənni Təranə Qumralla həmkarı Nazənin Salayeva arasında məhkəmə çəkişməsi davam edir.

Aşağı instansiya məhkəməsinin qərarlarından narazı qalan T.Qumral bu dəfə Ali Məhkəməyə üz tutub.
Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edən müğənni barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Şikayət hakim Tahir Kazımovun icraatına verilib.
Məhkəmənin vaxtı yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, müğənni T.Qumralla həmkarı Nazənin Salayeva arasında qalmaqal “ANS”in “Bazar səhəri” verilişində başlayıb. Belə ki, N.Salayeva canlı efirə zəng edərək T.Qumrala “Səni ərimlə tutdum” deyib. T.Qumral isə öz növbəsində, N.Salayevanın barəsində xoş olmayan ifadələr işlədib. Buna görə də Nazənin məhkəməyə müraciət edib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə T.Qumral N.Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir. Lakin T.Qumral məhkəmə qərarlarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə T.Qumral 4 min manat məbləğində cərimə edilib. Hökmdən narazı qalan T.Qumral apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə onun şikayətini təmin etməyib.

//Report