Gürcüstandan Azərbaycana narkotik vasitənin gətirilməsinin qarşısı alınıb
    • 8-12-2018, 15:12
    • 797

Gürcüstandan Azərbaycana narkotik vasitənin gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna Gürcüstan istiqamətindən daxil olan bu ölkə vətəndaşının idarə etdiyi DAF markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Komitədən verilən məlumata görə, baxış zamanı sürücü sükanının sağ tərəfindəki külqabıdan iki bükümdə, ümumi çəkisi 6 qram olan narkotik vasitə-marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

//Report