İntihar etmək üçün mobil rabitə operatorun qülləsinə çıxdı – Azərbaycanda
    • 10-12-2018, 11:14
    • 668

İntihar etmək üçün mobil rabitə operatorun qülləsinə çıxdı – Azərbaycanda

Şəmkir rayonunda intihar cəhdinin qarşısı alınıb.

News24.az xəbər verir ki bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kür qəsəbəsində 1 nəfər mobil rabitə operatorun qülləsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülmüş, vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.