Qayınanalar arasında mübahisə bıçaqlanma ilə bitdi - Şamaxıda
    • 25-06-2018, 13:17
    • 1 483

Qayınanalar arasında mübahisə bıçaqlanma ilə bitdi - Şamaxıda

Şamaxıda qonşular arasında dava olub.

Hadisə Şamaxı şəhəri 20 Yanvar küçəsi ev 11-də baş verib.

Həmin ünvanda yaşayan şəhər sakini, 1983-cü il təvəllüdlü İlahə İslam qızı Xudaverdiyeva qonşuluqda yaşayan Fikrət adlı şəxs tərfindən bıçaqlanıb.

Belə ki, İ.Xudaverdiyevanın qayınanası ilə Fikrətin qayınanası arasında həyətə daş tökülməsi səbəbəbdən mübahisə baş verib. Bu zaman yaranan səs-küyə gələn İ.Xudaveridyeva, həmin həyətdə yaşayan Fikrət adlı şəxs tərfindən bıçaqlanıb.

Ailə üzvləri yaralını Şamaxı Rayon Xəstxanasına aparıblar. Həkimlər İ.Xudaverdiyevanın vəziyyətini kafi kimi qiymətləndirirlər. 

Hadisəni törətməkdə şübhəli bilinən şəxs Şamaxı polisi tərəfindən tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı araşdırm aparılır.


//REPORT.AZ