Ağcabədidə ağır qəza: ölənlər var
    • 17-12-2018, 10:10
    • 777

Ağcabədidə ağır qəza: ölənlər var

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, rayonun Muğanlı kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü, 1987-ci il təvəllüdlü Abdullayev Şahin Rövşən oğlu və sərnişin, 2014-cü il təvəllüdlü Abdullayev Rövşən Şakir oğluhadisə yerində ölüblər. Əraziyə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri sürücü və sərnişinin meyitlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.