Azərbaycan gömrükçüləri pirotexniki vasitələr və tütün məmulatları aşkar edib
    • 19-12-2018, 11:30
    • 1 095

Azərbaycan gömrükçüləri pirotexniki vasitələr və tütün məmulatları aşkar edib

Dövlət Gömrük Komitəsi (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan "Vaz 2106" markalı avtomobil ilə sərnişin qismində gələn Azərbaycan vətəndaşı gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual edilib.

DGK xəbər verir ki, həmin şəxs üzərində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirsə də, baxış zamanı onun çantasında 60 ədəd "Mega Piratka" adlı pirotexniki vasitə və 2 800 ədəd "Corset" adlı tütün məmulatları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

//Report