ŞOK HADİSƏ - Gəlin ərinin qırxı çıxmamış pulları oğurlayıb erməni kişinin evinə qaçdı - VİDEO
    • 20-12-2018, 13:38
    • 959

ŞOK HADİSƏ - Gəlin ərinin qırxı çıxmamış pulları oğurlayıb erməni kişinin evinə qaçdı - VİDEO

Azərbaycanda 24 yaşlı gəlin həyat yoldaşının 40 mərasiminə 3 gün qalmış anası ilə birgə evdəki seyfdən pul oğurlayaraq erməninin evində gizlənib.

Bu barədə Xəzər televiziyasında Xoşqədəm Hidayətqızının "Səni Axtarıram" verilişinə çıxan qaynana Laçın Mədirova bildirib.

O vurğulayıb ki, oğlu Həsənin 25 yaşı olanda Göygöl rayonunda yaşayan qardaşı qızı ilə evləndirib:

"Onlar 5 il bir yerdə yaşadılar. Oğlumun 29 yaşı olanda birdən-birə mədəsində problem yarandı. Xəstəxanaya aparanda "Təcili əməliyyat olunmalıdır" dedilər. Oğlum əməliyyatdan sağ çıxmadı. Gəlin çox yaxşı idi. Münasibətlərimizdə problem yox idi. Anası gələndən sonra problemlər yaşanmağa başladı. Gəlin 6 aylıq hamilə idi. Qızın anası mənə dedi ki, qızımı aparacağam. O, qızını abort elətdirib ərə verməyə apardı. Mən də dedim uşaqların heç olmasa birini ver ki, oğlumun qoxusunu ondan duyum.