Gədəbəydə qonşusunun evindən oğurluq edən qadın saxlanılıb
    • 26-12-2018, 14:32
    • 1 054

Gədəbəydə qonşusunun evindən oğurluq edən qadın saxlanılıb

Gədəbəy rayonunda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb.  

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 
Belə ki, Gədəbəy rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 23-də Düzyurd kəndindəki evlərin birindən pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin qonşusu L.Quliyeva saxlanılıb.