Gəncə hadisələri ilə bağlı həbs edilən daha 8 nəfərin məhkəməsi başlayır
    • 27-12-2018, 16:56
    • 754

Gəncə hadisələri ilə bağlı həbs edilən daha 8 nəfərin məhkəməsi başlayır

Gəncə hadisələri ilə bağlı həbs edilən daha 8 nəfər şəxsin - Cabir ƏzizovGülmirzə NurzadəRiya NurizadəFikrət MirzəliyevEyruz Hacıyev, Səbuhi RəcəbovElman Quliyev və Sabir Əzizovun məhkəməsi başlayır.

Bir neçə maddə ilə ittiham edilən şəxslərin cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Məhəmməd Bağırovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlil açıqlanmayıb.
Cinayət işində 17 zərərçəkmiş var.
Qeyd edək ki, rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.
Sentyabrın 28-də Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib ki, Gəncə hadisələri ilə bağlı77nəfər cinayət məsuliyyətinə cəlb olunub, 11 nəfər haqqında axtarış elan edilib.
Xatırladaq ki, bir qrup şəxsin cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Mahmudovun və digər hakimi Dadaş İmanovun icraatına verilib. 

//Report