Bərdədə 18 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb

Bərdədə 18 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb
KRİMİNAL / SİYASƏT

01 yanvar 2019, 13:42

Mətn ölçüsü

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Mirzəxan kəndində qeydə alınıb.
Kənd sakini 2001 çi il təvəllüdlü Əhmədov Rauf Nurəddin oğlu həmyerlisi tərəfindən bıçaqlanıb. Hadisəni törədən şəxsin şəxsiyyəti hələlik müəyyənləşməyib. Yaralı yaxınları tərəfindən Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bərdə rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni tördən Goranboy rayon sakini, 1987-ci il təvəllüdlü Rəşad Füzuli oğlu Quluzadə saxlanaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

//Report