Hacıqabulda avtomobil sement daşıya maşına çırpılıb, xəsarət alanlar var
    • 2-01-2019, 15:17
    • 846

Hacıqabulda avtomobil sement daşıya maşına çırpılıb, xəsarət alanlar var

Hacıqabul rayonunda baş verən yol qəzasında 1 nəfər ağır xəsarət alıb. 

Hadisə Bakı-Qazax magistralının rayonun Atbulaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 
Belə ki, “Mersedes” markalı avtomobil hərəkətdə olarkən arxadan sement daşıyan DAF markalı avtomobilə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin - Ucar rayonunun Şilyan kənd sakini, 1960-cı il təvəllüdlü Hacıyeva Zərqələm ağır xəsarət alıb. 
Yaralı Şirvan Şəhər Xəstəxanasınının Reanimasiya şöbəsinə yerləşdirlib. Yüngül xəsarət alan 3 nəfərə isə ambulator yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır. 

//Report