Bakıda dəhşətli hadisə - Ölən və yaralananlar var
    • 6-01-2019, 11:10
    • 1 185

Bakıda dəhşətli hadisə - Ölən və yaralananlar var

Dünən Bakı şəhərinin Suraxanı rayonunda ağır yol qəzası baş verib.

Zığ yolunda "Mercedes" və "BMW" markalı iki minik avtomobili toqquşub. Nəticədə ağır xəsarət alan şəxslərdən "Mercedes"in 23 yaşlı sürücüsü hadisə yerində vəfat edib.

Daha 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

//Publika.az