Moskvadan Bakıya gələn avtobus qəzaya uğradı: Yaralılar var - VİDEO

Moskvadan Bakıya gələn avtobus qəzaya uğradı: Yaralılar var - VİDEO
KRİMİNAL / SİYASƏT

20 iyul 2018, 13:34

Mətn ölçüsü

Moskvadan Bakıya doğru hərəkət edən avtobus Stavropolda qəzaya uğrayıb. 

News24.az  “İnterfax”a istinadla xəbər verir ki, bununla bağlı regionun Fövqəladə Hallar İdarəsinin mətbuat xidmətinin rəhbəri Oleq Deqtyaryev məlumat verib. 

 “Yerli vaxtla 09:00-da “Qafqaz” magistralının 348-ci kilometrində Moskva-Bakı marşrutu ilə hərəkət edən “Mersedes” markalı mikroavtobus “Ford” və “Lada” avtomobili ilə toqquşub”, - xidmət rəhbəri deyib. 
   
O bildirib ki, hadisədən sonra içərisində iki sürücü və doqquz sərnişin olan avtobus aşıb.
 
Hadisə zamanı 12 nəfər xəsarət alıb. Bunlar “Ford”un sürücüsü və avtobusdakı 11 nəfər, o cümlədən üç uşaqdır.
 
Yaralılardan yeddisi Pyatiqorsk xəstəxanasına, qalan beş nəfər isə Mineqralovodsk xəstəxanasına yerləşdirilib.

YouTube