Qubada ticarət mərkəzində yanğın - VİDEO

Qubada ticarət mərkəzində yanğın - VİDEO
KRİMİNAL / SİYASƏT

10 yanvar 2019, 11:49

Mətn ölçüsü

Quba rayonunda “Birja” ticarət mərkəzində yanğın baş verib. 

Rayon mərkəzində yerləşən ticarət mərkəzində hələlik məlum olmayan səbəblərdən yanğın olub.

Yanğın zamanı dörddən artıq mağaza yanıb.

Hadisə yerinə altı yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

İlkin məlumatlara görə, yanğın zamanı xəsarət alan olmayıb. Yanğın nəticəsində sahibkarlara dəymiş ziyan araşdırılır. 

NEWS