İranın Hollandiyadakı səfirliyinin binasını daşa basıblar
    • 10-01-2019, 15:55
    • 777

İranın Hollandiyadakı səfirliyinin binasını daşa basıblar

İranın Hollandiyadakı səfirliyi hücuma məruz qalıb.

Bir qrup şəxs səfirliyin binasını daşa basaraq pəncərələrin şüşələrini sındırıb və binaya daxil olmağa çalışıblar. Lakin Hollandiya polisi hadisə yerinə gələrək aksiya iştirakçılarını binadan kənarlaşdırıb.
İnsidentlə əlaqədar olaraq İranın Hollandiyadakı səfiri Əlirza Cahangiri bəyanatla çıxış edib. Səfir diqqətə çatdırıb ki, “Əl-Əhvaz” terror təşkilatının üzvləri səfirliyin binasına hücum edərək maddi zərər vurublar. Səfir Avropanın demokratik hesab edilən ölkəsində terror təşkilatının sərbəst fəaliyyət göstərməsindən təəssüfləndiyini bildirib, Hollandiya hökumətindən səfirliyin binasının və əməkdaşlarının təhlükəsizliyinin təmin olunmasını və cinayətkarların məsuliyyətə cəlb edilməsini istəyib.
Xatırladaq ki, bir sıra Avropa dövlətləri ərazisində fəaliyyət göstərən “Əl-Əhvaz” təşkilatı ötən il İranın Böyük Britaniya, Fransa, Almaniya və Belçikadakı səfirliklərinə də hücumlar etmişdi.
Bu təşkilat ötən il İranın Əhvaz şəhərində keçirilən hərbi parad zamanı törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürmüşdü.

//AZƏRTAC