Azərbaycanda axtarışda olan seksual manyak saxlanıldı
    • 24-01-2019, 10:18
    • 862

Azərbaycanda axtarışda olan seksual manyak saxlanıldı

Azərbaycanda uzun müddət axtarışda olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat Qəbələ RPŞ və İsmayıllı RPŞ əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə axtarışda olan Mais Mücidov saxlanılıb.

Faktla bağlı cinayət işi davam edir.

//Azxeber