Biləsuvarda ağır qəza: ölən və yaralılar var
    • 28-01-2019, 10:22
    • 1 234

Biləsuvarda ağır qəza: ölən və yaralılar var

Biləsuvar rayonunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində hadisə yerində iki nəfər ölüb, daha üç nəfər isə yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 1966-ci il təvəllüdlü Abşeron rayonu Hökməli qəsəbə sakini Elmira Əli Ağasəfər qızı xəstəxanada dünyasını dəyişib. Bununla da ölənlərin sayı üçə çatıb.

Digər iki yaralı - 1953-cü il təvəllüdlü Bakı şəhəri, Biləcəri qəsəbə sakini 1953-cü il təvəllüdlü Dəmirova Vəli Baxış qızının vəziyyəti ağır olduğundan, o, reanimasiya şöbəsinə yerləşdirilib, 2003-cü il təvəllüdlü Həşimov Qəyyum Dəyanət oğluna isə tibbi yardım göstərilərək, evə buraxılıb.

Hazırda ölən iki şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

//Report