“Yunis Səfərovun həbsdə ölməsi xəbəri yalandır” - Rəsmi açıqlama
    • 28-01-2019, 18:28
    • 860

“Yunis Səfərovun həbsdə ölməsi xəbəri yalandır” - Rəsmi açıqlama

Gəncə şəhərinin sabiq icra başçısı Elmar Vəliyevi güllələməkdə ittiham olunaraq həbs edilən Yunis Səfərovun ölümü haqda məlumat yayılıb.

Meydan TV-nin rəhbəri Emin Milli onun anasına istinadən yaydığı məlumatda iddia edib ki, Y.Səfərov həbsdə öldürülüb.

Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov açıqlamasında bildirib ki, yayılan məlumat yalandır: “Yunis Səfərovun səhhəti normaldır, vəkili ilə də mütəmadi görüşür”.

//Qafqazinfo