Göygöldə DƏHŞƏT: Vəhşi heyvanlar tərəfindən parçalanan meyit tapıldı

Göygöldə DƏHŞƏT: Vəhşi heyvanlar tərəfindən parçalanan meyit tapıldı
KRİMİNAL / SİYASƏT

29 yanvar 2019, 12:00

Mətn ölçüsü

Göygöl rayonunda kişi meyiti tapılıb.

Meyit rayonun Nadil kəndi ərazisində aşkarlanıb.

Bədəninin müxtəlif hisaələri vəhşi heyvanlar tərəfindən yeyilmiş-didilmiş hala salınan meyit tibbi-ekspertizaya aparılıb. Aparılan araşdırma zamanı onun 1963-cü il təvəllüdlü Zaməddin Misir oğlu Zeynalov olduğu məlum olub.

Yaxınlarının bildirdiyinə görə, Z.Zeynalov 1 həftə öncə itkin düşüb.

Onun hansı şəraitdə öldüyü, məsələdə cinayət olub-olmadığı hələ məlum deyil.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

//Report