Şəhid qardaşının həyat yoldaşını boğub öldürən şəxsin məhkəməsi başladı

Şəhid qardaşının həyat yoldaşını boğub öldürən şəxsin məhkəməsi başladı Kriminal

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Xızıda qardaşının arvadını boğub öldürməkdə təqsirləndirilən Taleh Qurbanovun məhkəmə prosesi başlayıb. 

News24.az-ın məlumatına görə, hakim Hafis Əliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı oxunub. Təqsirləndirilən T. Qurbanov özünü ittihamlarda təqsirli bilib. 

Proses oktyabrın 25-də davam etdiriləcək. 

Qeyd edək ki, qətlə yetriilən Ləman Qurbanova 2020-ci ilin sentyabr ayında Ermənistanın təxribatının qarşısını alarkən şəhid olmuş kapitan Saleh Qurbanovun həyat yoldaşıdır. Ləman Qurbanovanı öldürməkdə təqsirləndirilən Taleh Qurbanov şəhidin qardaşıdır.

Hadisə mayın 13-ü saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlində qeydə alınıb.

Həmin gün 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə şübhəli şəxs qismində saxlanılan Taleh Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.

Qeyd edək ki, qətlə yetirilən qadının 1 övladı olub.

Samir Əli