Abşeronda evdən 5000 manatlıq oğurluq edilib

Abşeronda evdən 5000 manatlıq oğurluq edilib Kriminal
Abşeron rayonunda yerləşən evlərin birindən 5000 manat dəyərində qızıl, geyim və məişət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, oğurluq hadisəsi avqustun 11-də baş verib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini T.Səlimov saxlanılıb.