Ağdamda əmioğlular bıçaqlandı - Biri öldü

Ağdamda əmioğlular bıçaqlandı - Biri öldü Kriminal
Ağdam rayonunda qətl hadisəsi baş verib.

Mahrızlı kənd sakini, 25 yaşlı Gəray Gərayev əmisi oğlu Ülfət Gəraylını bıçaqlayıb.
Ülfət Gəraylının qardaşı Ülvü Gəraylı isə G.Gərayevə çoxsaylı bıçaq xəsarətləri yetirib. Hadisə nəticəsində G.Gərayev ölüb.
Ü.Gəraylı tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır. /Unikal.org/