Ağdaşda oğul anasını öldürdü

Ağdaşda oğul anasını öldürdü Kriminal

Ağdaşda 70 yaşlı qadın qətlə yetirilib.

News24.az xəbər verir ki, hadisə Aşağı Qobuüstü kəndində baş verib.

Kənd sakini Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyiti aşkarlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən qadının oğlu, 37 yaşlı Rahib Əbilov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)