Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Kriminal
Mayın 25-i saat 15 radələrində Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 1991-ci il təvəllüdlü şəxs döş qəfəsinin sağ tərəfində açıq yara diaqnozu ilə qəbul edilib.
News24.az xəbər verir ki, Qazax Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, xəstəyə lazımi tibbi yardım göstərilib.
Hazırda onun vəziyyəti ağır qiymətləndirilir və müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.