“Aldanmışam” – Sabirabadda dəhşətli ailə qalmaqalı
Kriminal
Noyabrın 14-də Sabirabad rayonunun kəndlərindən birində təəccüblü hadisə baş verib.
News24.az-ın əldə etdiyi məlumata görə, kənd sakini 1980-ci il təvəllüdlü F. Həsənov (şərti) həmkəndlisi C. Cəbrayılovun evində onun arvadı ilə birlikdə olarkən tutulub. Hadisə qadının qaynı evə daxil olanda ortaya çıxıb və dava-dalaş baş verib.
Hadisə yerinə qadının əri və qayınatası da gəlib. Ağır cinayət baş verə biləcəyindən ehtiyat edən yaxınlardan biri polisə zəng edib. Polis əməkdaşları hadisə yerinə gələrək F. Həsənovu oradan aparmağa çalışıblar, lakin o müqavimət göstərərək dava-dalaşı davam etdirib.
Saxlanılaraq polis şöbəsinə aparılan F. Həsənov barəsində inzibati protokol tərtib olunub. O, ifadəsində törətdiyi əməlləri etiraf edib:
“Özümü göstərilən əməllərdə təqsirli bilirəm. Kənd içərisində həmişə hörməti olmuşam. İlk dəfədir ki, aldanaraq belə hərəkətə yol vermişəm, evə gedib həmkəndlimin arvadı ilə cinsi əlaqədə olmuşam. Hazırda peşmanam”.
Sabirabad rayon Məhkəməsi F. Həsənova 20 sutkalıq həbs cəzası verib.
Yaşar Araz