Alimi təhqir edən şəxs cəzalandırıldı - Foto

Alimi təhqir edən şəxs cəzalandırıldı - Foto Kriminal

Tanınmış dilçi alim Həbib Zərbəliyev sosial mediada barəsində xoşagəlməz ifadələr işlədən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün məhkəməyə müraciət edib.

News24.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanda İndoneziya dili üzrə ilk mütəxəssis, Azərbaycan Dillər Universitetinin professoru olan H.Zərbəliyev Füzuli Əfqanoğlu adlı şəxsdən xüsusi ittiham qaydasında şikayət edib. O, Binəqədi rayon Məhkəməsinə müraciətində F.Əfqanoğlunun Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən cəzalandırılmasını tələb edib.

Məlum olub ki, Füzuli Əfqanoğlu tanınmış alim barəsində “Görünən kəndə nə bələdçi, Həbib elə Həbib qalacaq”, “Kamilləşə bilməyən “Dilçi Alim”, “Saxta Alim, saxta rəqəmlər, Saxta düşüncə-Həbib Zərbəliyev”, “Riyakar olasan bu qədər-yəni Həbib qədər?”, “Qızı Lauraya dəstək verən zombi ata-Həbib Zərbəliyev” kimi ifadələr işlədib.

Məhkəmə alimin ittihamlarını əsaslı sayaraq Füzuli Əfqanoğlu barəsində ittihamedici hökm çıxarıb. O, Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təqsirli bilinərək 1 500 manat cərimə ilə cəzalandırılıb.

Yaşar Araz

Alimi təhqir edən şəxs cəzalandırıldı - Foto