Anası ilə dalaşan qadın metroda - İNTİHARA CƏHD ETDİ

Anası ilə dalaşan qadın metroda - İNTİHARA CƏHD ETDİ Kriminal
Bakıda anası ilə dalaşan qadın özünü qatarın altına atmağa cəhd edib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, mayın 11-də saat 14 radələrində metronun “N.Nərimanov” stansiyasında Cəlilabad rayon sakini N.Məmmədova anası ilə mübahisə etdiyindən özünü qatarın altına atmağa cəhd göstərib. 

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının çevikliyi sayəsində cəhdin qarşısı alınıb.