Arvadını öldürməyə cəhd edən şəxs saxlanıldı
Kriminal
Naxçıvanda qəsdən adam öldürməyə cəhd faktına görə cinayət işi başlanıb.
News24.az xəbər verir ki, dekabrın 17-də Sədərək rayonu Dəmirçi kənd sakini 1963-cü il təvəllüdlü Aləmzər Abbasovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı Sədərək rayonu Dəmirçi kənd sakini 1957-ci il təvəllüdlü Zakir Abbasovun həyat yoldaşı Aləmzər Abbasovaya xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sədərək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
Zakir Abbasov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir. (Unikal)