Arvadını və körpəsini öldürən Fərid - həbs edilmədi

Arvadını və körpəsini öldürən Fərid - həbs edilmədi Kriminal
Qobuda 20 yaşlı arvadı Leyla Hüseynlini və 8 aylıq körpəsi Aylanı qətlə yetirməkdə ittiham olunan Fərid Hüseynli barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

News24.az
“Qafqazinfo”-ya istinadən xəbər verir ki, F.Hüseynli vəziyyətinin ağır olması ilə bağlı həbs edilməyib.

Onun müalicəsi xəstəxanada davam edir.

Qeyd edək ki, hadisə iyunun 20-si Abşeron rayonu Qobu qəsəbəsində qeydə alınıb.
30 yaşlı Fərid Hüseynli yaşadıqları evdə 20 yaşlı arvadı Hüseyinli Leyla Əlişan qızı və 8 aylıq körpəsi Aylanı bıçaqlayaraq öldürüb. O, daha sonra intihar etmək məqsədilə özünə xəsarət yetirib. 
Leyla Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olub. O, Biologiya müəllimliyi ixtisası üzrə təhsil alırmış.