ASAN Xidmətdə polisi söyən şəxs həbs edildi

ASAN Xidmətdə polisi söyən şəxs həbs edildi Kriminal
Bakı şəhər Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən ASAN Xidmət mərkəzinin qarşısında polis əməkdaşını söyən şəxs həbs edilib.

News24.az
-ın əldə etdiyi məlumata görə, hadisə gecə saat 22 radələrində baş verib. Ağstafa şəhər sakini olan 1990-cı il təvəllüdlü A.S sərxoş vəziyyətdə mərkəzin polis mühafizə postuna daxil olaraq söyüş söyüb.

Bunu görən mühafizəçi naryad çağırıb. Həmin şəxs saxlanılaraq ərazi üzrə 17-ci Polis Bölməsinə aparılıb və barəsində inzibati protokol tərtib edilib.

Daha sonra saxlanılan şəxs Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə A.S. İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xuliqanlıq) maddəsi ilə təqsirli bilinib. Ona 5 sutka inzibati həbs cəzası verilib.

Taleh BAĞIROV