Ayşən Mirzəyeva bıçaqlandı

Ayşən Mirzəyeva bıçaqlandı Kriminal


Şirvanda ər arvadını bıçaqlayıb.

News24.az APA-ya istinadla bildirir ki, hadisə Şirvan şəhərində qeydə alınıb.

Şirvanda yaşayan Sabirabad rayonunun Bulduq kənd sakini, 1992-ci il təvəllüdlü Mirzəyeva Ayşən Firqan qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

O, böyrək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.