Azərbaycanda ata oğluna cinayət işi açdırdı - ŞOK

Azərbaycanda ata oğluna cinayət işi açdırdı - ŞOK Kriminal
Abşeron rayonunda oğurluq etmiş şəxsə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, rayon sakini Şahin Rzayev evindən oğurluq edilməsi barədə polisə müraciət edib. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.1-ci – oğurluq maddəsi ilə iş açılıb. Araşdırma zamanı oğurluq əməlinin şikayətçinin oğlu Əfqan Rzayev ərəfindən törədildiyi məlum olub.

İş üzrə ibtidai istintaq artıq yekunlaşdırılıb və materiallar Abşeron Rayon Məhkəməsinə göndərilib.