Azərbaycanda porsuğu taxta ilə vurub öldürən şəxs saxlanıldı

Azərbaycanda porsuğu taxta ilə vurub öldürən şəxs saxlanıldı Kriminal

Daşkəsən rayonunda vəhşi heyvana qarşı rəhmsiz davranaraq onu taxta ilə öldürən şəxs tutulub.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Dəstəfur kəndində baş verib.

Kənd sakini 1995-ci il təvəllüdlü A.Yusifovun (şərti soyadlı) tələyə düşən heyvanı öldürməsinə dair görüntülər əsasında araşdırma aparılıb və polisə dəvət edilib.

Saxlanılan A.Yusifov bildirib ki, hadisə 2024-cü ildə baş verib və görüntülər də həmin vaxt çəkilib. O, porsuğun xeyli vaxt onların əkib becərdiyi kələmləri məhv etdiyini və buna görə tələ qurduqlarlı qeyd edib.

Saxlanılan şəxs barəsində İXM-nin 274.4-cü ( Heyvanlarla rəhmsiz rəftar edilməsi- bu əməllər heyvanların tələf edilməsinə səbəb olduqda) maddəsilə protokol tərtib edilib.

Daşkəsən məhkəməsinin müvafiq qərarı ilə vətəndaş cərimə olunub.

Yaşar Araz