Azərbaycanda baldız yeznəsini həbs etdirdi – ŞOK SƏBƏB

Azərbaycanda baldız yeznəsini həbs etdirdi – ŞOK SƏBƏB Kriminal

Masallı rayonunda qadın hüquq-mühafizə orqanlarına müraciət edərək bacısının əri tərəfindən külli miqdarda pulunun ələ keçirilməsi barədə şikayət edib.

News24.az-ın əldə etdiyi məlumata görə, rayonun Çaxırlı kənd sakini olan qadının şikayəti əsasında 1987-ci il təvəllüdlü Kənan Həsənliyə cinayət işi açılıb. Müəyyən edilib ki, Kənan baldızına gözdən əlil nəvəsi üçün Bakıdan ev aldıracağını vəd edib və bunun müqabilində 15 min manat pul istəyib. Qadın isə tələb olunan məbləğin 13 778 manatını hissə-hissə olmaqla ona verib. Lakin sonradan Kənanın yalanı üzə çıxıb və polisə şikayət edilib.

Faktla bağlı Kənan barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi açılaraq məhkəməyə göndərilib. Məlum olub ki, o, baldızından aldığı pullardan cəmi 500 manatı geri qaytarıb.

Qadın ifadəsində bildirib ki, Kənan ona 17 200 manat qaytarmalıdır və yeznəsinin həbs edilməsini tələb edib.

Kənan Həsənli isə deyib ki, dəri xərçəngi xəstəliyindən əziyyət çəkir və aldığı pulları müalicəsinə xərcləyib.

Məhkəmə fevralın 10-da hökm oxuyub və Kənan məhkəmə zalındaca həbs edilərək 2 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Yaşar Araz