Azərbaycanda dəhşətli QƏTL: - ər arvadının başını kəsdi

Azərbaycanda dəhşətli QƏTL: - ər arvadının başını kəsdi Kriminal
Tovuzda qətl hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Kənd sakini 1992-ci il təvəllüdlü Nicat Əhmədov həyat yoldaşı Nuranə Əhmədovanın başını kəsərək öldürüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə ilə bağlı Tovuz Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun nümayəndələri həmin ünvana gələrək müvafiq araşdırmalar həyata keçirib:

"Qətli törətməkdə şübhəli bilinən rayon sakini Nicat Əhmədov saxlanılaraq istintaqa təhvil verilib. Tovuz rayon prokurorluğunda cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir".