Azərbaycanda qardaş qardaşını döydü - CİNAYƏT İŞİ AÇILIDI

Azərbaycanda qardaş qardaşını döydü - CİNAYƏT İŞİ AÇILIDI Kriminal
Ağdaşda iki qardaş arasında baş verən dava-dalaşla bağlı cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, rayon sakini Elnur Məmmədov qardaşı Ruslan tərəfindən döyülməsi barədə polisə şikayət edib. Araşdırma zamanı onun həqiqətən xəsarət alması təsdiqlənib və Ruslan Məmmədov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci, yəni, qəsdən sağlamlığa yüngül zərərvurma maddəsi ilə iş açılıb.

Artıq iş üzrə materiallar Ağdaş Rayon Məhkəməsinə göndərilib. İşə hakim Nizam Əliyev tərəfindən baxılacaq. Hazırlıq iclası 28 dekabra təyin edilib.