Bakıda 24 yaşlı ofisiant qız həbs edildi – BU ƏMƏLƏ GÖRƏ
Kriminal
Bakıda oğurluq əməlində ittiham edilən 24 yaşlı qız həbs edilib.
News24.az -ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu Binə qəsəbəsində baş verib. Qəsəbə sakini F.Səlimov şikayət edərək bildirib ki, Naibə adlı tanışı evindən 7600 manat pul oğurlayıb.
Aparılan tədbirlərlə müəyyən edilib ki, hadisə Quba rayon sakini 2002-ci il təvəllüdlü Naibə Mustafayeva (şərt soyadlı) tərəfindən törədilib. Belə ki, kafedə ofisiant işləyən qadın həmin gün F.Səlimovla onun evində görüşüb. O, gecə saat 01:00 radələrində evi tərk edəndə qapının açarının harada olmasını öyrənib. Səhər saat 05:00 radələrində həmin evə qayıdan qadın açarla mənzilə daxil olaraq pulları götürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsilə açılmış işin materialları Xəzər rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə Naibə Mustafayeva törətdiyi əməli etiraf edib. F.Səlimov isə Naibənin pullarıə qaytaracağı təqdirdə onunla barışacağını deyib, lakin pul qaytarılmayıb.
Məhkəmənin ötən həftə verdiyi hökmlə 24 yaşlı qız 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, cəzaçəkmə müəssisəsinə göndərilib. Yaşar Araz