Bakıda adam güllələyən şəxsə yeni cinayət işi açıldı

Bakıda adam güllələyən şəxsə yeni cinayət işi açıldı Kriminal
Bir müddət əvvəl Bakının Maştağa qəsəbəsində qohumunu güllələyərək ağır xəsarət yetirən şəxsə yeni cinayət işi açılıb.

News24.az
-ın məlumatına görə, cəzaçəkmə müəssisəsində saxlanılan Elçin Qənbərov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315.2-ci, yəni, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə - həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə maddəsi ilə iş açılıb.

Onun müəssisədə Q.Nuruşova hücum etdiyi bildirilir.

İşə yaxın günlərdə Xəzər Rayon Məhkəməsində baxılacaq.