Bakıda şərab evinin qarşısında kişini ölümcül hala saldılar

Bakıda şərab evinin qarşısında kişini ölümcül hala saldılar Kriminal
Bakıda 52 yaşlı kişini bıçaqlayan şəxs barəsində açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, bir neçə ay əvvəl 1968-ci il təvəllüdlü Mirzəyev Rövşən Ənvər oğlu gecə saatlarında Elmlər Akademiyası metro stansiyasının yaxınlığında “Şərab evi”nin qarşısında bıçaqlayan Hüseynov Nadir Cəlal oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü, yəni, qəsdən sağlamlığa ağır zərər vurma - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə maddəsilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.