Bakıda taksi sürücüsünün şok fırıldağı – HƏBS EDİLDİ

Bakıda taksi sürücüsünün şok fırıldağı – HƏBS EDİLDİ Kriminal

Bakıda tanışına qarşı dələzuluq edərək 45 min manatını ələ keçirməkdə təqsirləndirilən taksi sürücüsü həbs edilib.

News24.az -ın əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, Füzuli rayon sakini 1990-cı il təvəllüdlü T.Məmmədov tanıdığı Solmaz adlı qadının ev almaq istədiyini öyrənib. O, çıxarışı olmayan evi qadına göstərərk dəyərinin bir hissəsini alıb, qalan pulun isə çıxarış alınan kimi veriləcəyini deyib. Daha sonra T.Məmmədov qarşı tərəfə saxta çıxarış təqdim edərək evin sənədinin hazır olduğunu deyib və ümumilikdə 45 min manat alıb. Lakin qısa vaxt sonra sənədin saxta olması müəyyənləşib.

Faktla bağlı cinayət işinin açılmasından sonra dələduzluq etmiş taksi sürücüsü həbs edilib. O, aldığı pulların 32 min manatını geri qaytarıb.

Toplanmış materiallar Qaradağ məhkəməsinə göndərilib və o, Cinayət Məcəlləsinin 178-ci maddəsi üzrə təqsirli bilinərək 3 il 6 ay həbsə məhkum edilib.

Yaşar Araz