Bakı sakinini bıçaqla hədələyib - PULUNU ALDILAR

Bakı sakinini bıçaqla hədələyib - PULUNU ALDILAR Kriminal
Bakıda quldurluq hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də paytaxt sakini İ.Xankişiyevi bıçaqla hədələyib 35 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş M.Mirzəyev saxlanılıb.