Bakıda 11 kiloqram narkotiklə tutulan şəxsə - AĞIR CƏZA
Kriminal
Bakıda külli miqdarda narkotik alverində təqsirləndirilən Kənan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə 12 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. .
Məhkəmənin hökmü ilə K. Əliyev 10 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Kənan Əliyev saxlanılıb. Ondan 11 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.
Samir Əli