Bakıda 17 yaşlı oğlan bıçaqlandı

Bakıda 17 yaşlı oğlan bıçaqlandı Kriminal
Bakının Xəzər rayonunda 17 yaşlı oğlan bıçaqlanaraq ağır xəsarət alıb.
News24.az xəbər verir ki, Binə qəsəbəsi Südçülük sovxozu ərazisinndə yaşayan 2002-ci il təvəllüdlü Quliyev Azər Arif oğlu naməlum şəxslər tərəfindən bıçaqlanıb.
O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. A.Quliyevə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.