Bakıda 3 nəfərə qarşı dələduzluq edən şəxs - TUTULDU

Bakıda 3 nəfərə qarşı dələduzluq edən şəxs - TUTULDU Kriminal
Bakıda 3 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt sakinləri olan 3 nəfərə qarşı bu il yanvarın 29-dan martın 5-dək olan müddətdə dələduzluq etməkdə, habelə bir nəfərin 240 manat pulunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini R.Səlimzadə saxlanılıb.

Araşdırma aparılır.