Bakıda 40 yaşlı kişi öldürüldü - Dostu tutuldu

Bakıda 40 yaşlı kişi öldürüldü - Dostu tutuldu Kriminal

Bakı şəhər Sabunçu rayonu Pirşağı qəsəbəsində qətl törədilib.

News24.az xəbər verir ki, paytaxt sakini 1986-cı il təvəllüdlü Xələfov Məzahir Xanoğlan oğlu bıçaqlanaraq qətlə yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən Sakit Piriyev polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Bildirilir ki, hadisə şəxsi münasibətlər zəminində baş verib. Hər iki şəxsin dost olduğu qeyd edilib.

Araşdırmalar davam etdirilir.