Bakıda 7 min manatlıq moped oğurlandı
Kriminal
Bakıda moped oğurlayan yeniyetmələr saxlanılıb.
DİN-dən News24.az-a verilən xəbərə görə, Binəqədi rayonunda bir nəfərə məxsus 7000 manat dəyərində moped oğurlanıb.
Keçirilən əməliyyat nəticəsində mopedi oğurlamaqda şübhəli bilinən iki nəfər yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.