Bakıda ata-oğul qohumları tərəfindən - BIÇAQLANDI

Bakıda ata-oğul qohumları tərəfindən - BIÇAQLANDI Kriminal
Bakıda bıçaqlanma hadisəsi olub.

Hadisə paytaxtın Binəqədi rayonu, Z.Qəmbərov küçəsində qeydə alınıb.

Cəbrayıl rayon sakini, 1968-ci il təvəllüdlü Aqşin Quliyev aralarında yaranmış münaqişə zəminində xalası nəvəsi, 1968-ci il təvəllüdlü Füzuli Şirinovu döş qəfəsindən bıçaqlayıb. Hadisə nəticəsində F.Şirinovun oğlu, 1999-cu il təvəllüdlü Elçin Şirinov da bıçaq yarası alıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində A.Quliyev barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. /apa/