Bakıda avtomobildən meyit tapıldı
Kriminal
Bakıda yük maşınından meyit tapılıb.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə oktyabrın 19-u saat 16 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsinin ərazisində baş verib.
Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Babək Təvəkkül oğlu Qəniyevin meyiti “QAZel” markalı 99 TK 185 dövlət qeydiyyat nişanlı avtomobildə aşkar edilib.
Ölümün səbəbi hələlik bilinmir.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Yaşar Araz