Bakıda dava qanlı bitdi - -İki nəfər bıçaqlandı

Bakıda dava qanlı bitdi - -İki nəfər bıçaqlandı Kriminal

Bakının Binəqədi rayonunda iki nəfər dava zamanı bıçaqlanıb. 


News24.az APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində qeydə alınıb. 


1985-ci il təvəllüdlü Talıbov Şafiq Mamed oğlu və 1978-ci il təvəllüdlü Məmmədov Rahim Rəşid oğlu tanımadıqları şəxlə mübahisə edib. Mübahisə zamanı onların hər ikisi bıçaqlanıb. 


Yaralılar 1 saylı şəhər xəstəxanasına çatdırılıb.