Bakıda evdən külli miqdarda - PUL OĞURLANDI

Bakıda evdən külli miqdarda - PUL OĞURLANDI Kriminal
Oğurluqda şübhəli bilinən şəxs ifşa edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1000 manat, 14.900 ABŞ dolları, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şirvan rayon sakini, əvvəllər məhkum olunan M.Zülfüqarov saxlanılıb.